Dörd texniki reqlament layihəsinin ictimai müzakirəsi keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən hazırlanmış “Avtomobil və aviasiya benzinləri, dizel, gəmi və reaktiv mühərrik yanacaqları və mazuta dair tələblər haqqında”, “Yanacaq kimi istifadə üçün mayeləşdirilmiş karbohidrogen qazlarına dair tələblər haqqında”, “Qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyi haqqında” və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış “Daşınma və (və ya) istifadə üçün hazırlanmış təbii yanar qazın təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev və KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev çıxış ediblər.
Çıxışlar zamanı sözügedən texniki reqlament layihələrinin yerli bazarda məhsulların təhlükəsizliyi və keyfiyyətinin artırılması, istehlakçı hüquqlarının müdafiəsi, həmçinin sahibkarlıq subyektləri üçün rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində yaratdığı imkanlar vurğulanıb. Eyni zamanda sahibkarların ictimai dinləmə və müzakirələrdə fəal iştirak etməsi və texniki reqlamentlərlə bağlı fikirlərini bölüşməsi üçün çağırış edilib.
Tədbir çərçivəsində Energetika Nazirliyinin sektor müdiri Elçin Abdulla və Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin şöbə rəisi Eldar Əhmədov tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və keyfiyyət standartlarının artırılmasında roluna dair təqdimat nümayiş etdirilib.
Görüşün yekununda baş tutan sual-cavab sessiyası fəal müzakirələrlə müşayiət olunub, iştirakçıların rəy və təklifləri dinlənilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə hazırda 33 texniki reqlament layihəsi Agentliyin rəsmi internet səhifəsində ictimai dinləmə və müzakirəyə çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
                        
                        
                        
                        
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB