"Qeyri-neft sektorunun artımı strategiya hədəfini üstələyib" - Mikayıl Cabbarov
2022–2025-ci illərdə ÜDM-in orta illik artımı 3,3 % səviyyəsində proqnozlaşdırılır. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, büdcə layihəsi hazırlanarkən həm xarici, həm də daxili amillər nəzərə alınıb:
"Dünya iqtisadiyyatında qeyri-müəyyənliklər qalmaqdadır. Bunun fonunda Azərbaycanda cari ildə dayanıqlı inkişaf müşahidə olunur. 2025-ci ildə gözlənilən artım tempi nəzərə alınmaqla, 2022-2025-ci illərdə ÜDM-in orta illik artımı 3,3 % səviyyəsində proqnozlaşdırılır. Bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunur və bu sahədə dörd illik dövr üzrə ÜDM-in orta illik artımının 6,1 % olacağı gözlənilir. Bu göstərici strategiyada müəyyən edilmiş hədəfdən daha yüksəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB