“81,5 milyard manatlıq maliyyə dayağı – Azərbaycanın iqtisadi gücü daha da böyüyür” - Mikayıl Cabbarov
“Son illərdə Azərbaycanın iqtisadiyyatı ardıcıl şəkildə genişlənməkdədir. 2019–2025-ci illəri əhatə edən dövrdə qeyri-neft sektorunun ümumi iqtisadi artımı təxminən 2,3 dəfə proqnozlaşdırılır. Bununla yanaşı, ölkənin maliyyə və strateji ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə təqribən 1,8 dəfə artaraq 81,5 milyard manat səviyyəsinə çatmışdır. Bu göstəricilər iqtisadiyyatımızın gücünü və dayanıqlılığını nümayiş etdirir”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən büdcə müzakirələri zamanı Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, ölkənin bütün sahələrində vahid və koordinasiyalı iqtisadi siyasətin həyata keçirilməsi orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyin yüksəldilməsinə xidmət edir. Kapitalın səmərəli istifadəsi və sektorlara yönləndirilməsi prioritet olaraq müəyyən edilib.
Mikayıl Cabbarov bildirib ki, cari ilin ilk 9 ayında qeyri-neft sənayesində, turizm və xidmət sahələrində, eləcə də rəqabət üstünlüyü olan sektorlarda artım qeydə alınıb. 2024-cü ilin ilk 6 ayında isə qeyri-neft sektoruna yönəlmiş investisiyalar artıb, ümumilikdə əsas kapitala 13 milyard manat sərmayə qoyulub.
Nazirin sözlərinə görə, qeyri-neft ixracında da artım müşahidə edilir. 2025-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft ixracı 7,98 milyon dollar artaraq 2,649 milyon dollar təşkil edib. İxracın əsas hissəsi sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin payına düşüb. İqtisadiyyat naziri deyib ki, sosial sektor və regional inkişaf prioritet olaraq qalır: “Cari ildə səhiyyə sektoruna 614 milyon manat, qeyri-neft sənayesinin inkişafına isə 265 milyon manat yönəldilib. Azərbaycan Biznes İnkişaf Fondu tərəfindən ayrılan vəsaitlərin 76%-i regionlara istiqamətləndirilir və 2025-ci ildə ümumi kredit paketi 564 milyon manat təşkil edəcək”.
Nazir həmçinin işğaldan azad edilmiş ərazilərdə sənaye və istehsal potensialının bərpası üzrə görülən işlərdən danışıb. Araz Vadisi İqtisadi Zonası və sənaye parklarında ümumilikdə 50 sənaye və 7 qeyri-sənaye müəssisəsinin qeydiyyata alındığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB