AİB-in Azərbaycanın maliyyə sektorunda iştirak imkanları müzakirə olunub - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkə hesabında məlumat verib.

“Görüş zamanı qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, ölkə üzrə iqtisadi vəziyyət və inkişaf trendləri, pul siyasəti, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, eləcə də sektorun potensialına dair ətraflı fikir mübadiləsi apardıq.

Görüşdə Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanlarını, həmçinin AİB-in ölkənin maliyyə sektorunda iştirak perspektivlərini müzakirə etdik” - deyə paylaşımda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə