Azərbaycanda ailə büdcəsinin böyük hissəsi hara gedir? - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, son 5 ildə ev təsərrüfatlarının gəlir və xərcləri hər il davamlı olaraq artıb. SİA xəbər verir ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə ev təsərrüfatlarının gəlirləri cari ilədək 33,6% və ya 398,5 manat, xərcləri isə 25% və ya 311,5 manat artıb.

2025-ci ilin yanvar-iyun aylarında ölkədə ev təsərrüfatlarının (ailə və ya bir evdə yaşayanlar) orta aylıq gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% və ya 111,4 manat artaraq 1583,4 manata çatıb. Xərclər isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% və ya 72,7 manat artaraq 1557,4 manata çatıb. Bu da onu göstərir ki, 2021-ci ildən indiyədək ilk dəfədir ki, ev təsərrüfatlarının xərcləri gəlirlərindən az olub.

Bütün xəbərlər Facebook səhifəmizdə