Qubada əmək yarmarkası keçiriləcək

Sentyabrın 5-də Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Quba şəhərində əmək yarmarkası təşkil olunacaq. SİA xəbər verir ki, yarmarkada 14 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 100-dən çox boş iş yeri təqdim ediləcək.

Vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, istehsal, ticarət, bankçılıq və kənd təsərrüfatı sahələrini əhatə edir. Yarmarkada işəgötürənlərin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat veriləcək.

Tədbirin təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə