Naxçıvanda vergi ödəyicilərinin sayı artıb

Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında 52 205 vergi ödəyicisi olub. SİA xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.

Onun sözlərinə görə, bunun 2 832-si hüquqi, 49 373-ü isə fiziki şəxslərdir. Son 1 ildə hüquqi şəxslərin sayı 4,1 %, fiziki şəxslərin sayı isə 3,5 artıb.

"Ümumilikdə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin sayında sabit artım tendensiyası müşahidə olunur. Bu artım regionda sahibkarlığın və iqtisadi fəallığın genişlənməsini, eyni zamanda vergi uçotunun təkmilləşdirilməsi istiqamətində aparılan işlərin effektivliyini əks etdirir", - deyə F.Nəcəfli qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə