Azərbaycan “Albayrak Holdinq”lə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Türkiyənin “Albayrak Holdinq” arasında əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində hesabında bildirib.
O qeyd edib ki, müzakirələr Holdinqin İdarə Heyətinin üzvü Məhəmməd Sinan Albayrakın ölkəyə səfərləri çərçivəsində keçirilmiş görüşdə baş tutub: “Görüşümüzdə Azərbaycana investisiya qoyuluşu müzakirə edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə