Avropada təbii qaz cüzi ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 393 ABŞ dolları civarında qərarlaşıb. SİA xəbər verir ki, 25 iyul tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 393,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (393,4 dollar) ilə müqayisədə 0,1% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə