Son iki ildə Naxçıvanda 6 yeni yataq kəşf edilib - FUAD NƏCƏFLİ

Son iki il ərzində Naxçıvan Muxtar Respublikasında 6 yeni yataq kəşf edilib. SİA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda bildirib.

Onun sözlərinə görə, muxtar respublikada son iki il ərzində qeyri-filiz və inşaat materialları yataqlarına axtarış, təftiş və qiymətləndirməsi, yeraltı suların monitorinqi, qara, əlvan və nəcib metalların axtarışı, yenidən qiymətləndirilməsi üzrə çöl və kameral işlər görülüb, 55 yataqda təftiş və yenidən qiymətləndirmə işləri aparılıb.

Səlahiyyətli nümayəndə qeyd edib ki, çöl materialları əsasında 298 mineral su bulağının təftişi aparılıb: “Bu müddətdə 14 mineral bulaq investisiya üçün təklif olunub. Bu istiqamətdə işlər davam etdirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə