Energetika Nazirliyinə 6 ayda 4 600-dən çox müraciət daxil olub

Bu ilin birinci yarımilində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 4 642 vətəndaş müraciəti daxil olub. SİA nazirliyə istinadən xəbər verir ki, müraciətlərdən 759-u məlumat, 3 883-ü isə icra xarakterli olub. Bunlardan 3 591-i müvafiq qaydada icra edilib, 292 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 256 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə