Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının (AMB) Valyuta ehtiyatlarının idarə edilməsi Departamentinə direktor təyin edilib. SİA xəbər verir ki, bu vəzifə Rəna Cəlilovaya həvalə olunub.

O, 2010-cu ildən AMB-də - Risk idarəetmə, Bazar əməliyyatları departamentləridə müxtəlif vəzifələrdə çalışıb. Lakin 2017-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək Avropa Sabitlik Mexanizmində portfel meneceri vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə