Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından 19,6 milyon manat vəsait ayrılıb. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,9 dəfə azdır.
Hesabat dövründə ölkə Prezidentinin ehtiyat fondundan 12,4 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 7,2 milyonmanat ayrılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,2 dəfə və 4,2 dəfə azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə