Azərbaycanda kafe və restoranların sertifikatlaşdırılması təklif olunur

Azərbaycanda kafe və restoranların qiymətləndirilməsi və sertifikatlaşdırılması həyata keçirilə bilər. SİA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən media təqdimat zamanı bildirib.

Onun sözlərinə görə, restoranlar, kafelər və ümumilikdə iaşə obyektləri ölkədə qastronomiya turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

“Dövlət Turizm Agentliyinin məqsədi restoran və kafelərin turizm obyektləri kimi fəaliyyətinin stimullaşdırılması, bu sahədə nəzarətin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın təmin olunmasıdır. Bu istiqamətdə aidiyyəti assosiasiyaların yaradılması, iaşə obyektlərinin Agentlik tərəfindən təşkil olunan tədbirlərdə iştirakı və inteqrasiyası nəzərdə tutulur”.

A. Hüseynova əlavə edib ki, kafe və restoranların qiymətləndirilməsi və sertifikatlaşdırılması ilə bağlı artıq müvafiq dövlət qurumları ilə danışıqlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə