Valentina Monetta: \"Ölkəmizi dünyada tanıtmağa çalışırıq\"- FOTOSESSİYA

San-Marinonu \"Eurovision 2012\" Mahnı Müsabiqəsində təmsil edən Valentina Monetta \"Bakı Kristal Zalı\"nda müsabiqədə ifa edəcəyi \"The Social Network Song\" (\"OH OH-UH-OH OH\") mahnısının ilk məşqini keçirib. SİA-nın xəbərinə görə, məşqlərdən sonra təmsilçi mətbuat konfransına qatılıb.


"Azərbaycanı görməkdən çox məmnunam. Mənim üçün bu bir musiqi bayramıdır. İfa etdiyim mahnı insanlara sevinc bəxş edəcək. San- Marino kiçik ölkədir, buna baxmayaraq ölkəmizi dünyada tanıtmağa çalışırıq".


Qeyd edək ki, San Marinonun 57-ci "Eurovision" Mahnı Müsabiqəsi üçün təqdim etdiyi \"Facebook, Uh, Oh, Oh\" mahnısı müsabiqə qaydalarına zidd olduğu üçün Avropa Yayımları Birliyi (EBU) tərəfindən qadağan edilib. Yayımçı televiziya SMTV qarşısında ya Facebook sosial şəbəkəsi ilə bağlı olmayan yeni mahnı sözlərinin hazırlanması, ya da digər bir mahnının təqdim edilməsi tələbi qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə