ABŞ konqresmenləri hələ də Tayvandadırlar...

ABŞ konqresmenlərinin nümayəndə heyətlərinin Tayvana səfərləri davam edəcəyini deyən Dövlət Departamentinin sözçüsü Ned Prays bunun “Çin prinsipi”nə zidd olmadığını deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, departament sözçüsü bunu keçirdiyi brifinqində bildirib.

Konqres rəsmilərinin Tayvanı “on illərdir” ziyarət etdiyini və Çin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana son səfərinə diqqət çəkən Ned Prays, ölkəsinin vəziyyəti gərginləşdirmək niyyətində olmadığını və bununla yanaşı böhran üçün heç bir əsas görmədiyini bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ “beynəlxalq hüquqa uyğun olaraq bölgədə uçmaqdan, üzməkdən və fəaliyyət göstərməkdən çəkinməyəcək”.

Xatırladaq ki, bu ərəfədə Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib.

Bu səfərlə əlaqədar Çin hakimiyyəti isə ABŞ administrasiyasını ölkənin daxili işlərinə qarışmağı dayandırmağa çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə