Türkiyənin Van şəhərinin Çaldıran mahalından İran sərhədində başlayan və Ağrının Doğubayazıt və Hakkarinin Yüksəkova xəttinə qədər uzanan 560 kilometrlik modul divar və ağıllı qüllə işləri davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, podratçı şirkətlər tərəfindən qurulan beton zavodlarında istehsal olunan, hündürlüyü 3 metr, eni 2 metr 80 santimetr və çəkisi 7 ton olan beton bloklar, zəmini əvvəlcədən hazırlanmış sərhəd xəttinə qoyulur. Tikinti texnikası ilə Yüksəkova-İran sərhəd xəttinin 43 kilometrlik xəttində modul divar işləri tamamlanıb. Bölgədə qanunsuz keçidlərin qarşısını almaq üçün firevall ilə paralel olaraq xəndək qazma işləri də aparılıb. Təhlükəsizlik qüvvələri sərhəd xəttində yeddi iyirmi dörd növbətçi vəzifədə olarkən, qanunsuz keçidlərin baş verdiyi ərazilərdə davamlı olaraq keşik çəkir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə