Fransa prezidenti Emmanuel Makron İraqa səfər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İraq Baş naziri Mustafa əl-Kazimi, səfərdə olan prezidenti təbrik edərək, mətbuat konfransında İraqla Fransanın terror təşkilatı DAEŞ-ə qarşı birlikdə mübarizə apardıqlarını və bu məsələdə Fransanın dəstəyini göz ardı edə bilməyəcəklərini bildirib. Kazimi Makronu "İraqın əhəmiyyətli dostu" olaraq xarakterizə edib. İraqlıların qəhrəmanlıq mübarizəsi nəticəsində DAEŞ-in məğlub olduğunu deyən Makron, İraqın təhlükəsizliyinə və sabitliyinə əhəmiyyət verdiklərini və İraqla müxtəlif sahələrdə əməkdaşlığa hazır olduqlarını da sözlərinə əlavə edib. İraq hökumətinin erkən seçki səylərindən məmnun olduqlarını ifadə edən Makron, köçkün iraqlıların evlərinə qayıtmalarını dəstəklədiklərini qeyd edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə