"Transfer fəaliyyətlərini ən qısa zamanda tamamlamağı hədəfləyirik"

Türkiyə Cümhuriyyəti Milli Müdafiə Naziri Hulusi Akar, Mehmetçikin Əfqanıstandan çıxarılması ilə bağlı ilk açıqlamasını verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nazir Akar açıqlamasında deyib: "Transfer fəaliyyətlərini ən qısa zamanda tamamlamağı hədəfləyirik" . Son məlumata görə, Əfqanıstandan təxliyə edilən ilk Türk Silahlı Qüvvələri dəstəsini daşıyan təyyarə səhər 11.45 -də Ankara Esenboğa Hava Limanına enib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə