4 nəfərlik ailədən yalnız foto albom qaldı FOTOLAR

Türkiyədə Kastamonunun Bozkurt rayonunda baş verən daşqın hadisəsi ürəkləri dağlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Köhnə Sənaye küçəsindəki Vadi mənzilinin zirzəmisində sel altında qalan və həyatını itirən bir ailənin 4 üzvündən yalnız foto albomları qalıb.

Dağ selinin baş verdiyi Kastamonunun Bozkurt rayonunda axtarış-xilasetmə işləri davam edir. Ölən ailə üzvlərinin qohumu cəsədləri binadan çıxarılarkən, seldən qurtardığı foto albomu təmizləməyə çalışdı. Fotoları albomdan çıxarıb tək-tək təmizləyən və böyük bir kədər yaşayan Cemile Öztürk, "Qayınatam, baldızım, baldızımın yoldaşı öldü” deyərək ağladı.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə