Efiopiya xalqı Ərdoğana və Putinə təşəkkür edib

Efiopiyanın paytaxtında mərkəzi hökumət mitinq təşkil edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mitinqdə Efiopiya rəsmiləri Türkiyə və Rusiya dövlətlərinə bu müharibədə mərkəzi hakimiyyəti dəstəklədiklərinə görə təşəkkür ediblər.

Xalq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin şəninə alqışlar edib və "Təşəkkür edirəm Ərdoğan, Putinə təşəkkür edirəm" şüarlarını səsləndirib.

Mitinq, Tiqray Xalq Qurtuluş Cəbhəsinin Tigray bölgəsindəki mərkəzi hökumətə bağlı ordu qüvvələrini məğlub etməsindən və müharibəni Amhara bölgəsinə köçürməsindən sonra baş verib.

Tiqray qüvvələri bu yaxınlarda tarixi kilsələri ilə bütün dünyada məşhur olan Amhara bölgəsindəki Lalibela şəhərini ələ keçirib və bu inkişaf Efiopiya mərkəzi hökuməti üçün olduqca alçaldıcı hadisə kimi qiymətləndirilib. Tiqray qüvvələrinin Lalibelada Efiopiya Ordusuna aid əhəmiyyətli miqdarda döyüş sursatı da ələ keçirdiyi bildirilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə