Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli 209 meşə yanğınının nəzarət altına alındığını bildirib. SİA xəbər verir ki, nazir bununla bağlı “tvitter” səhifəsində paylaşım edib. Muğlada 8, Aydında 2, Burdur, Isparta və Karabükte bir yanğının hələ də söndürülmədiyini bildirib.

Türkiyədə 28 İyuldan bəri davam edən meşə yanğınlarının söndürülməsi fasiləsiz davam edir. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Marmarisdəki yanğının tamamilə nəzarət altına alındığını və söndürüldüyünü və soyutma işlərinin davam etdiyini açıqlayıb: "Birlikdə yeni bir Marmaris hekayəsi yazacağıq və tez bir zamanda canlandıracağıq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 46 əyalətdə 214 meşə yanğınından 202 -nin nəzarət altına alındığını qeyd edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə