Türkiyədəki meşə yanğınları həyatımıza mənfi təsir edir. Türk vətəndaşlar yanğın bölgələrinə yardım edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Marmarisdə aktrisa Leyla Bilginel istifadə etdiyi malları göndərdiyi üçün bəzi vətəndaşları qınayıb.
Türkiyənin bir çox yerində təsirli olan meşə yanğınları söndürülməyə davam edərkən, vətəndaşlar üçün yardım səfərbərliyi başlayıb. Aktrisa toplanan yardımı paylamaq üçün fəlakət bölgəsinə gedib. Ön planda olan Bilginer, aldığı yardımların bir hissəsini göstərərək qəzəbini ifadə edib.
Paylaşımda "Yardımın da öz üstünlükləri, üslubu var. Evinizin lazımsız əşyalarını, bezini göndərməyə ehtiyac yox idi. Kaş ki, üzlərini təmizləyib yollayardınız. İndi buradakı insanlar bir də bu zibil ilə məşğul olurlar! Nə yığacaqlarını və onu necə atacaqlarını bilmirlər. Bəzi möhtəşəm dostlar əşyalarını səliqəli və gözəl bağlamalarla düzəldiblər. Lakin əksəriyyəti onlara kömək etmək havası ilə kömək etmir. Kimin və necə kömək etdiyini görmək çox xoş idi. Bu nədir, Allah xatirinə?!"
"Yardım qutularının içərisindən hündürdaban ayaqqabılar çıxır. Bu nə biyabrçılıqdır?! Nə işdir! Hətta istifadə olunmuş və kirli alt paltarı göndərənlər də var".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB