Baydenin itləri Trampı parçaladı - FOTOLAR

ABŞ prezidenti Co Bayden həyat yoldaşı Cill ilə Ağ Evə köçüb. Administrasiyanın yeni rəhbəri alman çoban itləri "Çempion"u və "Mayor"u da özü ilə gətirib. "First Dog" adı ilə İnstaqram hesabları olan bu köpəklər hekayələri ilə özünə çoxlu dostlar qazandırıb.

SİA Amerika mətbuatına istinadən xəbər verir ki, Bayden cütlüyünə məxsus itlər hətta sığınacaqlardakı digər heyvanlar üçün yardım kampaniyası təşkil ediblər. Kampaniyaya dünyanın hər yerindən 200 min dollarlıq ianə köçürülüb.

Maraqlı burasıdır ki, Ağ Evə gələr-gəlməz "Çempion" və "Mayor" keçmiş prezidentin "Tramp" oyuncağını parça-parça ediblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...