Nigerdə bir tayfa ABŞ-ın silahlı PUA-sını ələ keçirib - FOTOLAR

ABŞ-a məxsus silahlı PUA Niger ərazisinə məcburi eniş edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, AGM-114 Hellfire raketi ilə təchiz edilmiş PUA yerli tayfa tərəfindən ələ keçirilib.

Şəkillərdən də göründüyü kimi yerli tayfa üzvləri MQ-1 tipli ABŞ PUA-sı ilə şəkil də çəkdiriblər. Amma görüntülər sosial mediada yayıldıqdan sonra ABŞ ordusunun Afrika Komandanlığı (AFRCIOM) məsələyə aydınlıq gətirmək üçün araşdırmalara başlayıb.

AFRICOM sözçüsü Kelly Cahalan mətbuata açıqlamasında bildirib ki, həqiqətən 23 yanvarda ABŞ ordusunun Afrika Komandanlığına aid olan MQ-1 PUA-sı Nigerin Agadez bölgəsinə təcili eniş edib. Hava nəqliyyatı havada olarkən idarəetmə mexanizmində nasazlıq meydana gəlib. Və bir müddət sonra onunla əlaqə kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə