Gürcüstanda yaşıl küçük dünyaya gəlib

Gürcüstanın Axaltsixe şəhəri yaxınlığındakı kənddə yaşıl küçük dünyaya gəlib.

SİA xəbər verir ki, Yeni il ərəfəsində dünyaya gələn balaya “Qrinç” ləqəbi verilib. Sahibi Mesarkişvilinin sözlərinə görə, yerli zooparkın nümayəndələri artıq onunla əlaqə yaradıblar, ancaq o, itini vermək fikrində deyil.

“Qrinç”lə birlikdə daha yeddi bala dünyaya gəlib.

Qeyd edilir ki, xəzin yaşıl rəngi itin plasentasında biliverdinin yüksək piqment tərkibi ilə əlaqədardır. İtlərdə bu rəng çox nadir hallarda olur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə