Türkiyə Prezidenti Tayyib Ərdoğan Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşdə əsas vəzifənin Moskva ilə Ankara arasındakı əlaqələrin inkişaf etdirilməsi olduğunu söyləyib. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb
Məlumata görə, Türkiyə Prezidenti hər iki tərəfin buna, yəni əlaqələrin inkişaf etdirilməsinə müvəffəq olacağına əminliyini ifadə edib.
"İndi münasibətlərimizin pik həddə çatdığı bir anı yaşayırıq. Bu, şübhəsiz ki, müdafiə sənayesi, ticarət və sair əlaqələrə aiddir. İnanırıq ki, ən böyük vəzifə münasibətlərimizi təşviq etmək və inkişaf etdirməkdir. Bu məsələdə müvəffəq olacağımıza inanırıq", deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə