Almaniyada yanacaqla dolu gəmi yanıb

Almaniyada yanacaqla dolu gəmi yanıb

Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniya vilayətində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata əsasən, Dortmund-Ems kanalında gəmidə ardıcıl baş vermiş bir neçə partlayışdan sonra gəmi alovlanıb. Sürətlə yayılan yanğın həmçinin gəmi dokuna keçib. Hadisə zamanı gəmidə 5 nəfərin və 900 ton yanacağın olduğu bildirilir. Ölən və xəsarət alan olmayıb. Xeyli miqdarda yanacaq kanala axıb. Bir neçə saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülsədə gəmi batıb.

 

Hadisənin neft emalı zavodu yaxınlığında baş verdiyi və yaxınlıqda yanacaqla dolu bir neçə gəminin də olduğu qeyd olunur. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Təhlükəsizlik tədbirləri çərçivəsində kanalda gəmilərin hərəkəti, neft emalı zavodu ətrafında isə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə