...Şimali Koreya lideri Kim Çen In Şimali Koreya ordusunun diviziya və briqada komandirləri ilə görüşdə Cənubi Koreya ilə sərhədin “alınmaz qala”ya çevrilməli olduğunu bəyan edib.
SİA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib.
Kim Çen Inla Koreya Xalq Ordusunun (KXO) Baş Qərargah rəisi Ri Yonq-gil və bölmə komandirləri arasında görüş Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin binasında baş tutub.
Şimali Koreya lideri diviziya və briqada komandirlərinin ordunun gücləndirilməsində əsas rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, daimi təlimlər döyüş hazırlığının artırılmasının əsas vasitəsi olaraq qalır.
Kim Çen In həmçinin Koreya Xalq Ordusunun avadanlıqlarının modernləşdirilməsi, təşkilati və hərbi-texniki təkmilləşdirilməsi üçün mexanizm yaradılmasının vacibliyindən danışıb.
O, həmçinin ölkə ərazisinin müdafiəsinin və Cənubi Koreya ilə sərhədi qoruyan ön birləşmələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Şimali Koreya liderinin sözlərinə görə, sərhəd xətti "alınmaz qala"ya çevrilməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB