İqlim tədbirləri üçün imkanlar pəncərəsi sürətlə bağlanır - Antonio Koşta

Avropa İttifaqı (Aİ) iqlim tədbirlərinə sadiq qalır və bütün tərəfləri birlikdə işləməyə çağırır. SİA xəbər verir ki, xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) iqlim dəyişikliyi ilə mübarizəmizdə həlledici bir anda keçirilir. Tədbirlər üçün imkanlar pəncərəsi sürətlə bağlanır. Aİ iqlim dəyişikliyi ilə bağlı tədbirləri davam etdirməyə sadiqdir, ancaq hər kəs üçün dayanıqlı və ədalətli gələcək naminə birlikdə hərəkət etməliyik", - o bildirib.

A.Koşta, həmçinin COP30-u təşkil etdiyi üçün Braziliya Prezidenti Lula da Silvaya təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə