İngiltərədə bir qadın gündə 17 saat gizli işlədiyi üçün işdən qovulub...

...SİA xəbər verir ki, Daily Mail-in məlumatına görə, İngiltərədə bir təmizlikçi gizli şəkildə həm Parlamentdə, həm də Deutsche Bankda 16 il çalışıb.

2008-ci ildən 2024-cü ilə qədər qadın həftədə beş gün səhər saat 8:00-dan 17:00-a qədər Deutsche Bank-da və axşam saat 22:00-dan səhər saat 6:00-a qədər Britaniya Parlamentinin binasında işləyib.

Nəşr qeyd edir ki, 2004-cü ildən başlayaraq o, banka xidmət göstərən təmizlik şirkəti Churchill Contract Services-də çalışıb, 2008-ci ildə isə başqa şirkət vasitəsilə Parlamentdə işləməyə başlayıb.

2004-cü ilin may ayında Churchill Contract Services parlamentlə müqavilə imzalayanda qadının iki işdə işlədiyi aşkar edilib.

Bunu aşkar edəndə işəgötürənləri onu işdən çıxarıblar.

O, istirahət günlərində kifayət qədər dincəldiyini əsas gətirərək məhkəmədə bu qərara etiraz etməyə çalışıb. Təmizləyicinin bütün iddiaları rədd edilib və onun işdən çıxarılması qanuni hesab edilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə