...Böyük Britaniya kralı III Çarlz ABŞ prezidenti Donald Trampı Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyinə inandıra bilib.
SİA xəbər verir ki, bBu barədə “The Telegraph” məlumat yayıb.
...Britaniya monarxı Trampı və ABŞ-ın birinci xanımını Vindzor qəsrində qonaq edib. Onlar orada nahar və şam yeməyi yeyib, həmçinin kralın hörmətli qonaqları müşayiət etdiyi bir sıra tədbirlərdə iştirak ediblər.
Dövlət ziyafətində monarx Ukraynanı xüsusi qeyd etdiyi bir nitq söyləyib.
...Ölkələrimiz arasında sıx müdafiə, təhlükəsizlik və kəşfiyyat əlaqələri var. İki dünya müharibəsində biz istibdad qüvvələrinə qarşı birlikdə vuruşmuşuq. Bu gün istibdad Avropanı yenidən təhdid etdiyi bir vaxtda biz və müttəfiqlərimiz təcavüzün qarşısını almaq və sülhü təmin etmək üçün Ukraynanın yanındayıq.
Bunu monarx Trampa müraciət edərək deyib.
ABŞ-ın reaksiyası...
Diplomatik mənbələrin məlumatına görə, Çarlz və Tramp təkbətək danışıqları zamanı Ukraynadakı müharibəni də müzakirə ediblər.
ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarlarına vurğulayıb ki, Trampın ton dəyişikliyinə “mümkün qədər müsbət” baxmaq lazımdır.
...Sentyabrın 17-də Tramp Böyük Britaniyada dövlət səfərində idi. ABŞ prezidenti ilə şam yeməyi zamanı III Çarlz müttəfiqləri Ukraynaya dəstək üçün birləşməyə çağırıb. Tramp cavab olaraq başını tərpətdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə