...Qərb analitikləri onilliklər ərzində avtoritar dövlətlərin gücünü həddindən artıq qiymətləndiriblər. Ukraynanı günlər ərzində ələ keçirə biləcəyi düşünülən Rusiya milyonlarla itki ilə səngər müharibəsində bataqlığa düşüb. Nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə dağıdıcı şəkildə gərginləşəcəyi gözlənilən İran simvolik cavablarla məhdudlaşıb. Bu gün Çin və Tayvanın mümkün işğalı ilə bağlı oxşar proqnozlar verilir. Lakin təcrübə göstərir ki, avtokratiyalar sistemli zəifliklərdən əziyyət çəkirlər.
SİA-nın məlumatına görə, bu barədə Foreign Policy yazır.
...Ekspertlərin fikrincə, diktatorlar tabeliyində olanların yaltaq hesabatları əsasında hərbi qərarlar qəbul edirlər.
Korrupsiya, siyasi nəzarət və öz əhalisinin qorxusu orduların effektivliyinə xələl gətirir.
Rusiyada da belə idi - Ukraynanın işğalı yalan fərziyyələr üzərində quruldu, zabitlər yuxarıdan əmr gözləyirdilər, generallar isə cəbhə xəttində həlak olur, qoşunlara şəxsən rəhbərlik etməyə məcbur olurlar.
İran kritik məqamda da zəifliyini nümayiş etdirdi: pis planlaşdırılan infrastruktur ABŞ-a nüvə obyektlərini təhdid etməyə imkan verdi və rəhbərlik rejimin dağılması qorxusundan tez gərginliyi azaltmağı seçdi.
Çin sürətli hərbi artımına baxmayaraq, oxşar problemlərlə üzləşir. İdeoloji loyallığa diqqət hərbi təlimlərə mane olur, korrupsiya silah alışını korlayır və nüvə strategiyası effektivliyə deyil, nəzarətə tabedir.
Pekin sualtı qayıqların əvəzinə həssas siloslara arxalanır. Avtokratiyalar təhlükəli ola bilər, lakin onlar da həssasdırlar. Təhdidi həddən artıq qiymətləndirmək yanlış strategiyalara gətirib çıxarır – Rusiya və İranda olduğu kimi...
Bu gün ABŞ-ın vəzifəsi Çinin potensialını ayıq şəkildə qiymətləndirməkdir.
Ciddi rəqibdir, lakin öz zəif cəhətləri var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə