Kolumbiyada güclü zəlzələ baş verib...

Kolumbiyanın mərkəzində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadən məlumat yayıb.

Bazar günü, iyunun 8-i qeydə alınan zəlzələnin episentri Vilyavitensio şəhərindən 73 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin episentrindəki intensivlik “dağıdıcı” kimi qiymətləndirilir.

İyunun 6-da Çili sahillərində 6,6 bal gücündə zəlzələnin qeydə alındığı bildirilib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri 120 min nəfər əhalisi olan Kopiapo şəhərindən 100 km şimal-qərbdə yerləşib.

Seysmik hadisənin mənbəyi 98 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə