Liviyanın şimal-qərbində yerləşən əz-Zaviyə şəhərinin cənubundakı neft kəmərlərindən birində sızma baş verib. SİA xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (“National Oil Corporation” NOC) feysbukdakı səhifəsində məlumat yayıb. “NOC-un texniki xidmət və qəza-xilasetmə komandası əz-Zaviyə şəhərinin cənubunda boru kəmərində baş vermiş neft sızmasının aradan qaldırılması üçün işlərini davam etdirir”, - mətndə vurğulanır.
Qeyd olunur ki, Əl-Həmədə yatağından neftin bu kəmərlə nəqli dərhal dayandırılıb. Mütəxəssislər qrupu sızmanın səbəblərini müəyyənləşdirir, dağılmış neftin çıxarılması və ətraf mühitin mümkün çirklənməsinin aradan qaldırılması üçün tədbirlər görür.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB