Suriyanın cənubundakı Latakiya şəhərində güclü partlayış nəticəsində azı 3 nəfər ölüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Hadisə nəticəsində Ər-Raml rayonunda binalardan biri uçub. Yerli sakinlər arasında yaralılar var, onların sayı müəyyənləşdirilir.
Suriya-TV xəbər verir ki, partlayışın səbəbi hazırda məlum deyil.
...Martın 9-da məlum olub ki, Suriya təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşmalar arasında Latakiya ətrafı ərazilərdə qarşıdurma yaranıb.
Ərazidə asayişin bərqərar olması üçün Tartus şəhərinin kənarında yerləşən Əl-Qadmous bölgəsinə Ümumi Təhlükəsizlik Qüvvələrinin əlavə bölmələri göndərilib. Döyüşlər cümə axşamı, martın 6-da başlayıb və Cəblədə, Latakiyanın bir neçə bölgəsində, Latakiya və Tartus əyalətlərinin dağlıq ərazilərində davam edib.
Silahlı qruplar ölkənin yeni rəhbərliyinə qarşı çıxıb. Bundan əvvəl toqquşmalar zamanı 130-a yaxın dinc sakinin öldüyü barədə məlumat yayılmışdı. Təhlükəsizlik qüvvələri Banias şəhərində xüsusi intensivliklə evlərə basqın edərək insanları edam ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB