Onlar rus əsgərlərini güllələyib silahla da qaçıblar
Rusiyanın Kursk vilayətində rus əsgərlərini öldürən Şimali Koreyadan olan 3 döyüşçü axtarılır.
Artıq bir həftədir ki, axtarışlar davam edir.
SİA-nın məlumatına görə, “Spy Dossier” Telegram kanalı xəbər verir ki, qaçanlar hələ də tutulmayıb.
Bununla bağlı hətta vərəqə də nəşr olunaraq Rusiya ordusu və polis bölmələri arasında paylanılıb.
Bildirilir ki, yanvarın 13-də Bolşoy Soldatskoyedə Şimali Koreya hərbçiləri “əvvəlcədən sui-qəsdlə 810-cu dəniz piyada briqadasının 5 hərbçisini qətlə yetirib və bölmənin yerini tərk ediblər.
Onlar “silahlı və təhlükəli” cinayətkarlar kimi təsvir edilir. Hazırda təkcə Kursk vilayətində deyil, Belqorod, Bryansk və Oryol vilayətlərində də axtarışlar aparılır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə