...Kurskda Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçüləri tərəfindən əsir götürülən Şimali Koreya əsgəri kəşfiyyat batalyonunda xidmət edib və kiminlə döyüşəcəyini bilmədiyini iddia edir.
SİA-nın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə Şimali Koreya əsgərinin dindirilməsinin videosunu yayıb.
Yanvarın 20-də yayımlanan səs yazısında Şimali Koreyalı hərbçi tərcüməçi vasitəsilə Ukrayna kəşfiyyat rəsmilərinin suallarını cavablandırır.
Əsirin sözlərinə görə, o, yüzə yaxın həmyerlisi ilə birlikdə Rusiyaya gəmi ilə gəlib, sonra isə onları qatarla aparıblar. Şimali Koreyalı döyüşçü deyir ki, bəzi həmyerliləri Rusiya ağır hərbi texnikasını idarə etmək üçün təlim keçiblər, lakin o, belə bir təlim almadığını deyir.
…Hərbi əsir 17 yaşında Şimali Koreya ordusuna qatıldığını və orduda xidmət etdiyini deyir. O, iddia edir ki, Rusiyada döyüşəcəyini bilməyib, kimə qarşı döyüşəcəyini də bilmirdi. Şimali Koreyalı ordusunun itkiləri ilə bağlı sualı cavablandıran məhbus deyir ki, “döyüşlərdə çoxlu itki olub”. Anası oğlunun indi harada olduğunu bilmir.
…Şimali Koreyadan kənarda dünya haqqında nə bilirdiniz?-sualına hərbi əsir “bir az” deyə cavab verir.
…Cənubi Koreya haqqında nəsə bilirdinizmi?-sualına isə “Mən sadəcə bilirəm ki, Cənubi Koreyada Şimali Koreyadan daha az dağ var”-deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə