Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmağı planlaşdırır. SİA xəbər verir ki, bunu o, Səudiyyə Ərəbistanına səfəri zamanı deyib. O, bildirib ki, parlament ölkənin hazırkı hökumətinə etimadsızlıq göstərsə belə, istefa verməyəcək. LCI telekanalı qeyd edir ki, dövlət başçısı bu cür ehtimalları siyasi uydurma adlandırıb.
"Mən Fransa xalqı tərəfindən iki dəfə seçilmişəm və bu etimadı son saniyəyə qədər bütün gücümlə doğruldacağam", - Fransa lideri vurğulayıb. Xatırladaq ki, Fransa parlamentində müxalifət baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürüb və prezident Emmanuel Makronun istefasını tələb edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə