Knaysl Moskvaya pilotsuz təyyarə hücumundan danışıb...

Bazar günü Moskvaya hücum edən bütün Ukrayna pilotsuz təyyarələri yaşayış məntəqələrini hədəf alıb.

SİA xəbər verir ki, bu barədə Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Telegram kanalında qeyd edib.

...Moskvaya bugünkü pilotsuz təyyarə hücumu 2022-ci il fevralın 24-dən bəri ən şiddətli hücumdur, - deyə o qeyd edib.

...Bu gün Rusiya ərazisinə edilən pilotsuz təyyarə hücumlarının hamısı yaşayış məntəqələrinə yönəlib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, gün ərzində Ukrayna Silahlı Qüvvələri 84 uzaqmənzilli pilotsuz uçan aparatdan istifadə etməklə Rusiya Federasiyasının mülki infrastrukturuna kütləvi hücuma keçib.

Rusların dediyinə görə, bütün hava hədəfləri vurulub və ya elektron müharibə ilə yatırılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə