Putinin əlindəki “BRİCS əskinası” gündəm yaratdı

Kazanda keçirilən BRİCS sammitində Rusiya prezidenti Putinə simvolik sikkə verildiyi anlar mətbuatda öz əksini tapıb. Bildirilib ki, Rusiya Mərkəzi Bankının prezidenti sözügedən əskinasdan xoşlanmayıb. BRİCS yeni ödəniş üsulu üzərində işləyir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 22-24-də Rusiyanın ev sahibliyi ilə Kazanda BRİCS Liderlər Zirvəsi keçirilib.

Mətbuata əks olunan görüntülərdə Rusiya prezidenti Vladimir Putinə simvolik “BRİKCS əskinas”ın verildiyi görülüb. Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina əskinasdan xoşlanmayıb. Müvafiq olaraq, əskinas ona verildikdən sonra Putin gülümsəyərək onu nazirlərə göstərib, sonra isə Mərkəzi Bankın sədrinə təhvil verib. Peskov izah edib ki, sözügedən pul ya “Ticarət və Sənaye Palatası, ya da başqası tərəfindən” çap edilib və bu “BRİCS çərçivəsində görülən birgə işi” simvolizə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə