Tramp Şimali Dakota ştatında GOP seçkilərində qalib gəlib

Donald Tramp Şimali Dakota ştatında Respublikaçıların kokusunda (...siyasi partiyanın və ya siyasi hərəkatın tərəfdarlarının və ya üzvlərinin görüşü-A.B.) qalib gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Qeyd edək ki, qurultayın bütün nümayəndələri ABŞ-ın keçmiş prezidentinə səs verib.

Onu da qeyd edək ki, kokuslar bazar ertəsi, martın 4-də əyalətdəki bütün GOP tərəfdarları arasında keçirilib.

Şimali Dakotadakı mühafizəkar amerikalıların əksəriyyəti də prezidentlik yarışında Trampı dəstəkləmək niyyətindədirlər.

Son səsvermədə Ağ Evin keçmiş rəhbəri 84 faiz səs toplayıb. Onun ən yaxın rəqibi Nikki Heyli ştat respublikaçılarının 14 faizinin dəstəyinə malikdir.

Rəsmi sənədlərə görə, Şimali Dakota nümayəndə dəstəyinə sahib olmaq üçün ən azı 20 faiz səs toplamalıdır.

Xatərladaq ki, bundan əvvəl ABŞ Ali Məhkəməsi Trampın prezidentliyə namizədliyini irəli sürməsinə icazə verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə