Sədr hökuməti "natamam" kimi xarakterizə edib

İraq Türkmən Cəbhəsi (İTC) sədri Həsən Turan Türkmən və Sədr Hərəkatının olmadığı yarımçıq hökumətin müvəffəqiyyətli olmayacağını bildirərək, bu ilin yerli valyutanın dəyər itirməsi səbəbindən iqtisadi baxımdan ən çətin il olacağını bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Turan hazırkı hökumətin qurulmasından üç ay keçməsinə baxmayaraq, iraqlıların hələ də gözləntilərini yerinə yetirə bilmədiklərini bildirib.

Türkmənlərin daxil olmadığı sözügedən hökuməti “natamam” kimi xarakterizə edən Turan bildirib ki, seçkidə qalib gələn, lakin sonradan siyasi səhnədən çəkilən Sədr Hərəkatının yoxluğu böyük çatışmazlıqdır.

İraqın daha əhatəli bir hökumətə ehtiyacı olduğunu vurğulayan Turan belə davam edib: "Sədr Hərəkatı son seçkilərdə qalib gəlsə də, hökumətini siyasi koalisiyalarla qurmağa icazə verilmədi. Hökumətdən çəkilməli oldu. Belə davam edərsə, hökumətin ömrü qısa olacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə