İdmançıların əsas motivasiyası Prezidentimizdi - SORĞU

“Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə 1997-ci il 2 fevral Azərbaycanda “Gənclər günü” kimi təsis olunmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, biz artıq 25 ildi ki, “Gənclər günü”-nü qeyd edirik. Həmin gün görülmüş işlər, aparılmış lahiyələr, icra olunmuş dövlət proqramları haqqında hesabat aparılır: “Cənab Prezident İlham Əliyev 2003-cü ildən etibarən ölkəyə rəhbərliyi dövründə gənclər siyasətini uğurla davam etdirmişdir. İlham Əliyevin də qeyd etdiyi kimi 44 günlük Vətən müharibəsində gənclər xüsusi şücaət göstərmişdi. Şəhidlərimiz arasında mütləq əksəriyyətin gənclər olması bir daha onun göstərir ki, Azərbaycan gəncliyi torpaqlarımız və dövlətçiliyimiz uğrunda mübarizə aparmaq yönümündə formalaşmışdı. Bugünkü gənclər siyasəti ilə bağlı onu deyə bilərəm ki, elə bir sahə yoxdu ki, gənclər həmin sahədə təmsil olunmasın. Gənclər və İdman Nazirliyi, onun müəyyən qurumları, Milli Məclisdəki gənclərlə bağlı kommisyanın mövcudluğu, Gənclər Fondunun təsis olunması gənclərin gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasına kömək olacaq.

2022-ci ildə gənclərlə bağlı lahiyələr davam edəcək, asudə vaxtın səmərəli təşkil olunması fonunda intellektual və idman yarışları, esse müsabiqələri, hərbi vətənpərvərliklə bağlı “Şahin hərbin idman” oyunları, gənclər arasında dəyirmi masa formlarının təşkili nəzərdə tutulur. Ali və orta ümumtəhsil müəssisələrində çalışan gənclərlə bağlı müxtəlif lahiyələr həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə qulluqla bağlı ordudan təxris olunmuş gənclərin inteqrasiyası və paraolimpiyada gənclərin iştirakı, qazilərimizin idman sahəsinə cəlb olunması bu keçiriləcək silsilə tədbirlərin tərkib hissəsini təsir edəcək”.

“Mən 2000-ci ildə Olimpiyada da iştirak etmişəm. Həmin dövrlərdə ölkəmizə Ulu Öndər Heydər Əliyev başçılıq edirdi. Ulu Öndərimizin idmana olan marağı və sevgisi xüsusi idi”. Bu sözləri SİA-ya açıqlmasında idmançı Mehman Əzizov bildirib.

Onun sözlərinə görə, 2003-cü ildə cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilkin dövrlərdən gənclər və idman sahəsində mühüm və bir o qədər də önəmli lahiyələr həyata keçirdi: “Respublikamızın rayonlarının hər birində Olimpiya Kompleksləri fəaliyyət göstərir. Təlim məşqlərinin həyata keçirilməsi üçün məşq zalları yaradılıb. Qeyd etmək istərdim ki, şərait yaradıldıqda nəticə əldə etmək olur. Buna görə də Azərbaycan dünya ölkələri arasında idman dövləti kimi tanınır. Elə bir olimpiyada yarışı yoxdu ki, orada uğur əldə olunmasın. İdmançı olaraq deyə bilərəm ki, bizim uğur qazanmağımızda ən önəmli faktor motivasiyadı. Bu enerji və motivasiyanı da biz cənab Prezidentimizdən alırıq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə