"İdman sahəsində sıçrayışlı inkişaf olacaq" - DEPUTAT FİKİR BİLDİRDİ

"Mən cənab Prezidentin yeni təyin etdiyi idman naziri barəsində müsbət fikirdəyəm. Çünki bu şəxs idmanın içində olan bir şəxsdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev açıqlayıb.

Yeni nazirin kariyerası olduqca uğurlu olub. Bu haqda Rüfət Quliyev fikrini belə izah edib: "Həm respublika idmanında, həm də beynəlxalq arenada olduqca nüfuzlu işlər görüb. 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib. Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku və 27-ci Dünya Çempionatının yerli təşkilat komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun təşkilində fəal iştirak edib. Xarici, beynəlxalq arenada da müəyyən uğurları olub. Məsələn, Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı, bir sıra Olimpiya Oyunlarının nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, müxtəlif gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının prezidenti olub. Bütün bunlar uğurlu kariyeranın göstəricisidir. Təyinatından qabaq yeni nazir haqqında bu cür çox müsbət məlumatlar oxumuşam. Buna görə də, hesab edirəm ki, işini bilən adamdır, gəncdir, cavandır, həmçinin, özünə görə yetərincə təcrübəsi də mövcuddur. Ona görə də, hesab edirəm ki, idman sahəsində Azərbaycanda sıçrayışlı inkişaf olacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə