"Qalatasaray" bu mövsümün əvvəlində 1. Liqa komandası "Keçiören"dən transfer etdiyi Barış Alper Yılmaz, UEFA Avropa Liqasının pley-offunda qarşılaşdığı "Randers"lə qarşılaşmanın möhtəşəm geri dönüşün alovlandırıcısı oldu. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gənc ulduz namizəd ikinci hissənin əvvəlində daxil olduğu oyuna böyük bir dinamizm qatıb, qalibiyyət qolunda da payı olub. "Qalatasaray", oyunun əvvəlində hesabda geriyə düşsə də "Randers"lə matçın ikinci hissəsin də möhtəşəm futbol ilə UEFA Avropa Liqasında qruplarına qalmağı bacarıb. Qarşılaşmanın ikinci yarısına Kerem Aktürkoğlu yerinə meydana girən Barış Alper Yılmaz gecənin qəhrəmanı oldu. İçəri girən kimi hücumda böyük dinamizm gətirən gənc oyunçu komandasını alovlandırdı. Aldığı hər topu hücuma çevirən Barış Alper Yılmaz, "Randers"in müdafiəsini pozdu, Van Aanholtun qolu isə "Qalatasaray" üçün qırılma anı oldu.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB