Mərkəzi Gömrük Hospitalının rezidenti Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransında I yerə layiq görülüb

Mərkəzi Gömrük Hospitalının rezidenti Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransında I yerə layiq görülüb

Mərkəzi Gömrük Hospitalının oftalmologiya ixtisası üzrə II il rezidenti Fidan Camalova Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransı və IV Forumunda uğur qazanaraq “Ən maraqlı məruzə” nominasiyası üzrə I yerə layiq görülüb.
Bakıda, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilən konfransda Fidan Camalova “Göz zədəsindən sonra gözdaxili qansızma: aşkarlanmamış koaqulopatiya” mövzusunda elmi məruzə ilə çıxış edib. Onun təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Qeyd edək ki, 2006-cı ildən etibarən təşkil olunan Gənc Oftalmoloqlar Konfransı ötən 20 il ərzində gənc mütəxəssislərin elmi və peşəkar inkişafına, təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm elmi platformaya çevrilib. Konfrans gənc həkimlərin elmi potensialının üzə çıxarılması və oftalmologiya sahəsində nəsillərarası bilik mübadiləsinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ilki konfrans Azərbaycan oftalmologiyasının inkişafına mühüm töhfələr vermiş professor Nazim Əfəndiyevin xatirəsinə həsr olunub.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyi və kollektivi Fidan Camalovanı bu uğuru münasibətilə təbrik edir, ona gələcək elmi və peşəkar fəaliyyətində yeni nailiyyətlər arzulayır!

Bütün xəbərlər Facebook səhifəmizdə