İmam doğma kəndini sərxoşluqdan necə xilas etdi..?

Maraqlıdır ki, əvvəllər özü də içən olub...
İmam doğma kəndini sərxoşluqdan necə xilas etdi..?

...İndi artıq Saratov yaxınlığındakı Novaya Ust-Uz kənd mağazasında spirtli içki satılmır, çünki ona tələbat yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Rossiyskaya Qazeta” yazır.

Maraqlıdır ki, əvvəllər alkoqol asılılığından əziyyət çəkən İmam Rafiq İsmayılov kənddə sərxoşluğun kökünü kəsə bilib. O da maraqlıdır ki, üç yaşlı qızı ona spirtli içkilərin öhdəsindən gəlməyə kömək edib.

Belə ki, bir gün o, “paxmel” vəziyyətdə yatırmış və bu vaxt mətbəxdə baş verənləri dinləyib.

Onun həyat yoldaşı üç yaşlı qızına atasının “içki düşkünü” olduğunu deyərkən, balaca atasına yaxınlaşaraq “Ata, sən artıq içməyəcəksən?”- deyib.

“Yox” - dedim və içkinin “daşını” birdəfəlik atdım.

Rafiq Abyasoviç xatirələrini belə bölüşüb.

...Deməli daha sonra o, Saratov Ayıqlıq və Sağlamlıq Cəmiyyətinə gedib. Onun sədri Natalya Korolkova ilə görüşüb.

Həyatının bütün qaranlıq hekayəsini danışıb. O, içməyə necə başladığını bölüşüb. Saratov Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunu bitirdikdən sonra aqronom, zootexnik və briqadir kimi işləməyə başlayıb.

Bu tükənməyə səbəb olub.

O, uzun müddət işlədiyi avadanlıqların başqa bir şöbəyə köçürüldüyünü öyrəndikdən sonra, spirtli içkilərlə stressi aradan qaldırmağa başlayıb və bu da asılılığa səbəb olub.

İndi bu artıq keçmişdədir.

Rafiq Abyasoviç - məsciddə molla və Saratov ayıqlıq cəmiyyətinin idarə heyətinin sədridir. Sərxoş bir kənddə spirtli içkilərdən çəkinməsi ona imamın kömək olduğunu deyir.

Deyilənlərə görə, məhz onun zəhməti nəticəsində kənd içkini dayandırıb, mağazaya alkoqol gətirilmir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə