Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında bu gün mübarizəyə start verir.
SİA-nın məlumatına görə, Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gələcək.
II təsnifat mərhələsinin oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB