Bu ilin oktyabr ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər olub.
SİA bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB